"Qoca"ya görə həbs edilən polkovnikin yerinə TƏYİNAT

"Qoca"ya görə həbs edilən polkovnikin yerinə TƏYİNAT
14:34 24 Noyabr 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Konvoy Taboruna yeni rəis təyin edilib.

 

Lent.az ucnoqta.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general –mayoru Ceyhun Həsənovun əmri ilə Azad Maşanov Penitensiar Xidmətin Konvoy Taborunun komandiri təyin edilib. Azad Maşanov bundan qabaq Penitensiar Xidmətin Alayının Qərargah rəisi olub.

 

Qeyd edək ki, Penitensiar Xidmətin Konvoy Taborunun komandiri ədliyyə polkovnik–leytenantı Bəhruz Abdullayev bir müddət bundan qabaq qaçan dustaqlara görə vəzifəsindən azad edilərək həbs olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR