Play Store

Tanınmış aktyorumuz Türkiyədə əməliyyat olunacaq - FOTOLAR

Azərbaycanın tanınmış aktyoru Tərlan Nur Yaşar (Tərlan Fərzullayev) müalicə və əməliyyat üçün Türkiyəyə gedib.

Sənətçi Samsun Büyük Anadolu Çiftlik Hastanesi Laparoskopik Bariatrik ve Metabolik Cerrahi Klinikasında müalicə alacaq.

T.Nur Yaşar 7 ildir şəkər xəstəliyindən əziyyət çəkir və Türkiyədə həkim Muzaffer Al tərəfindən əməliyyat ediləcək: "Biz sənətçilər qidalanmağımıza və rejmimizə o qədər də diqqət yetirmirik. Ona görə də şəkər məni narahat etməyə başlamışdı. Buranı mənə Bakıda bir həkim dostum məsləhət görüb. Muzaffer Al analizlərimin cavabının müsbət olduğunu deyərək məni əməliyyat etməyi qəbul etdi".

Qeyd edək ki, T.Fərzullayev 1979-cu il iyulun 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Texniki Universitetinin məzunudur. O, “Bacanaqlar” , “Qonşular”, “Aramızda qalsın”, "Üç Bacı", "Qız Atası" teleseriallarında çəkilib.//Report

Paytaxt sakinlərinin "Qarabağ" - "Çelsi" oyunundakı hakimə - ÜRƏK SÖZLƏRİ - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR