“Onların başını gətirənə 1,5 milyon dollar mükafat verəcəm” - Film qalmaqala səbəb oldu

Hindistanın iqtidardakı “BJP” partiyasının üzvü olan Surajpal Singh Amu XIV əsrdə yaşayan Hindu kraliçası haqqında çəkilən filmə qəzəblənib.

Metbuat.az-ın məlumatına görə, o, Hindu kraliçası Padmini haqqında çəkilən “Padmavati” filminin Hindu dəyərlərini pozduğunu deyib. Amu, kraliça Padmini rolunu ifa edən Deepika Padukonun və filmin rejissoru Sanjay Leela Bhansalinin başı üçün pul mükafat qoyduğunu açıqlayıb: “Onların kəlləsini gətirənə 1,5 milyon dollar mükafatı verəcəm. Kinonu nümayiş etdirmək istəyən film salonları isə yandırılma riskini nəzərə alsınlar”.

Dekabrın ilk həftəsində nümayiş olunacaq film üçün Hindistan siyasətçilərinin təhdid və təhqir dolu ifadələr işlətməsi insan hüquqları təşkilatlarını ayağa qaldırıb. Onlardan biri açıqlamasında deyib: “Ölkədə kiçik səbəblərə görə insanların həbs olunmağına baxmayaraq, belə böyük təhdid üçün heç kim tutulmayıb”.

İqtidardakı “BJP” partiyasının əsas sözçülərindən olan Anil Jain “heç kim hüquqdan üstün deyil və heç kim başqasını təhdid edə bilməz” desə də hələ də Surajpal Singh Amu üçün istintaq başladılmayıb.

Qeyd edək ki, film çəkilişləri gedən zamandan müxtəlif təhdid və hücumlar olub. Filmin əleyhinə çıxanlar çəkiliş zamanı məkanlara hücum ediblər, bu isə böyük maddi zərərə səbəb olub. Filmdə kraliça Padmininin (Padmavati), işğalçı Khilji ilə sevgi münasibəti yaşamasına sərt reaksiya verən bir qrup adam filmin nümayiş olunmamağına nail olmaq üçün çalışır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR