Bakıda gecəyarısı qadının evinə soxulmaq istədilər

Bakıda gecəyarısı qadının evinə soxulmaq istədilər
15:29 24 Noyabr 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda 65 yaşlı qadın üzləşdiyi hadisə ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, 102-yə zəng edən 1952-ci il təvəllüdlü Mərdəliyeva Rübabə  Məmməd  qızı bildirib ki, ötən gecə naməlum şəxs onun evinə soxulmaq istəyib.

 

Teymur Elçin  küçəsində yaşayan qadın bildirib ki, həmin şəxs gecə saat 03 radələrində onun evinin qapısını xüsusi alətlə açaraq, içəri daxil olmağa çalışıb. Bu zaman qorxan qadın səs-küy salıb. Həmin şəxs evdə adam olduğunu görüb qaçıb.

 

Müraciət əsasında araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR