Azərbaycanda siqaret çəkilməsinə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq

Azərbaycanda siqaret çəkilməsinə yerin ayrılıb-ayrılmaması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq
15:37 24 Noyabr 2017
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə düzəlişlər edilir. 
“Report”un xəbərinə görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bildirilib.
Qeyd olunub ki, layihə ikinci oxunuşda müzakirə olunan qanun layihəsində siqaret çəkənlər üçün işəgötürənlərdən yerin ayrılması nəzərdə tutulurdu. Lakin layihə Milli Məclisdə 3-cü oxunuşda müzakirə olunmaq üçün hazırlananda sənəddə dəyişiklik edilib. Belə ki, təşkilatı-hüquqi formasından asılı olmayaraq xüsusi yerlərin ayrılması iş yeri sahiblərinin ixtiyarına buraxılacaq. Yəni bu şəraiti yarada da, yaratmaya da bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/azerbaycanda-siqaret-cekilmesine-yerin-ayrilib-ayrilmamasi-is-yeri-sahiblerinin-ixtiyarina-buraxilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR