Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı? - VİKİPEDİYA

Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı? - VİKİPEDİYA
16:08 24 Noyabr 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

AMEA Mərkəzi Elmi Kitabxanasında Vikipediya mövzusunda keçirilən təlimlərimizdə iştirak edən AMEA Tarix İnstitutunun Diaspor şöbəsinin elmi işçisi Elnur Neciyev Vikipediyada "Araz Türk Cümhuriyyəti" mövzusunda olan məqaləni mənbələr əsasında redaktə edərək müəyyən düzəlişlər etmiş, həm də tamamilə genişləndirmişdir.

Məqalə mənbələr əsasında düzəlişlər edilərək, xəritə, ərazisi, Rəhbər şəxs dəyişdirilmiş və yeni başlıqlar əlavə olunmuşdur.

1918-ci ilin noyabr ayının 3-də Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Əmir bəy Əkbərzadə tərəfindən Azərbaycanın Naxçıvan bölgəsində və onun çevrəsindəki ərazilərdə yaradılmış dövlət qurumu olmuşdur.

Cümhuriyyətin qurulmasının iki başlıca səbəbi var idi:

1. Erməni-daşnakların bölgəyə dair əsassız ərazi iddialarını gerçəkləşdirmələrinə, burada öz hakimiyyətlərini yaratmalarına, yerli türk-müsəlman əhalisinin soyqırımına imkan verməmək.

2. Qafqazda gedən proseslər və baş verən hadisələrlə əlaqədar Azərbaycandan müvəqqəti olaraq ayrı düşən Naxçıvan mahalının tezliklə Azərbaycan Xalq Cümhuriyyətinə qatılmasına nail olmaq.

Hökumətin tərkibinə isə İbrahim bəy Cahangirzadə - hərbi nazir; Əli bəy Qəmbər Bənyari - inzibati-ərazi işləri üzrə nazir; Həsən ağa Səfazadə - xarici işlər naziri; Məmməd Bəyzadə - ədliyyə naziri; Mirzə Hüseyn Mirzə Həsənzadə və Müfti Xoca Ekit Əfəndi daxil idilər. General Əli Əşrəf bəy hökumətə yardımçı olaraq seçilmişdi.

Məqalədə maraqlı fakt kimi Araz Türk Cümhuriyyətinin geniş səlahiyyətlərə malik olan və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ezam edilən xüsusi nümayəndə heyəti 1919-cu il martın 8-də Naxçıvandan Bakıya gəlmişdi. Tərkibinə görkəmli şair və dramaturq Hüseyn Cavidin də daxil olduğu həmin nümayəndə heyəti Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi ilə müəyyən məsləhətləşmələr aparmışdı. Özünün çox ağır iqtisadi-maliyyə vəziyyətinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1919-cu ilə aid dövlət büdcəsində yalnız Ələt-Culfa dəmiryolunun tikintisinə 100.026.000 çervon vəsait ayırıldığı qeyd edilir.

Elnur Nəciyev Publika.az-a bildirib ki, vikipediyada bu cür düzəliş gözləyən məqalələr kifayət qədərdir. İnanıram ki, istifadəçilər də bu məqamı diqqətdə saxlayıb kəmiyyətdən çox keyfiyyətə üstünlük verən fəaliyyət yolunu seçərlər. Ən azından ona görə ki, daha əlçatan və daha çox müraciət olunan vikipediyada yazılan hər hansı bir yanlış, qeyri-dəqiq məlumat sürətlə yayılır. Sonradan edilən yanlışları düzəltməyə vaxt ayırmamaq üçün hər bir viki istifadəçinin üzərinə düşən yazdığına və ən əsası da yazdığının istinadına diqqət etməkdir. Vikipediya könüllü layihə, onun zənginləşməsinə töhfə verən şəxslər də könüllü maarifçilər olduğuna görə, çalışaq ki, daha obyektiv öyrənib öyrədək".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/221968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR