Nazirlər Kabinetinin əməkdaşlarının “Prado”su aşdı - Ölən və yaralananlar var

Ağdaş rayonunda, Biyan zavodu yaxınlığında ağır yol qəzası baş verib.

Məlumata görə, "Toyota Prado" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1 qadın ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəzaya düşənlərin Nazirlər Kabineti yanında İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları olduğu bildirilir.

Hadisə zamanı sürücü və avtomobildə olan 2 nəfər xəsarət alıb, digər qadın sərnişin isə ölüb.

Xəstəxanaya yerləşdirilən yaralılardan birinin boynu qırldığından onu dərhal Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə aparılır.

Faktla bağlı araşdırma aparılır. //Report

Tələbə özünü qatarın altına atdı - Bədbəxt hadisə - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR