Nazirlik: "Bu ay həll olunacaq"

Nazirlik: "Bu ay həll olunacaq"
20:16 7 Aprel 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın mobil rabitə şirkəti arasında operatorlararası qoşulma tariflərinin tənzimlənməsi ilə bağlı mübahisəli məsələ aprelin sonunadək həllini tapacaq.

ANS PRESS-in məlumatına əsasən, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bu gün Bakıda "Azerfon" şirkətinin təşkilatçılığı ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən həftə məsələ "Azerfon" və "Azercell" şirkətlərinin rəhbərliyi ilə müzakirə olunub: "Biz hər iki şirkətdən təklif aldıq və hazırda bu məsələnin tənzimlənməsi məqsədilə təkliflər hazırlanır. Bizə təqdim edilən variantlar baxılma mərhələsindədir və bu ay ərzində məsələ həll olunacaq".

Qeyd edək ki, söhbət dövlət tərəfindən 0,02 manat səviyyəsində müəyyən edilmiş operatorlararası qoşulma tarifindən gedir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR