Play Store

Zimbabvenin yeni prezidenti and içdi

Afrika ölkəsi olan Zimbabvedə 37 ildir iqtidarda olan Robert Muqabenin hərbi çevrilişlə istefasından sonra yeni lider Emmerson Mnanqaqva bu gün and içib.

Metbuat.az-ın məlumatına görə, “Timsah” ləqəbli Mnanqaqvanın andiçmə mərasimi, paytaxt Hararedəki milli stationda baş tutub.

Qeyd edək ki, Zimbabvedəki gərginliklər Muqabenin köməkçisi Mnanqaqvanı vəzifədən çıxarıb, öz həyat yoldaşı Qreys Muqabeni köməkçi təyin etməyindən sonra başlayıb. Bir neçə gün öncə ölkədə hərbi çevriliş baş verib və 93 yaşlı Muqabe ev həbsində saxlanılıb. Bir həftədən çox istefa verməkdən imtina edən Muqabe, çərşənbə günü istefasını açıqlayıb.

Bundan sonra xaricdən ölkəsinə geri dönən 75 yaşlı Mnanqva prezident kimi and içib. Bu gün “Mən Emmerson Dambudzo Mananqaqva, Zimbabve prezidenti olaraq hər zaman ölkəmə bağlı qalacağıma, Zimbabve Konstitusiyası ilə digər qanunlara əməl edəcəyimə və onları müdafiə edəcəyimə and içirəm” deyərək vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Mnanqva, 1980-ci ildə İngiltərədən ayrılaraq müstəqilliyini elan edən Zimbabvenin ikinci prezidentidir.

Günay Elşadqızı / METBUAT.AZ

Qırğızıstanın yeni prezidentinin andiçmə mərasimi keçirildi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR