Play Store

Bakıda yeni binada mənzil alanlar - Bu xəbəri mütləq oxuyun!

Vətəndaşların son illər qarşılaşdığı problemlərdən biri də yeni tikilən binalardan mənzil alarkən aldanmalarıdır. Tez-tez rast gəlinən problem isə bir mənzilin tikinti şirkətlərinin rəhbərləri tərəfindən bir neçə şəxsə satılmasıdır.

Vətəndaşlar mənzil alarkən aldanmamaq üçün nə etməlidir?

Hüquqşünas Asif Abdullayev Metbuat.az-a açıqlamasında mənzil alarkən vətəndaşların nələrə diqqət etməsindən danışıb:

1. Mənzili yalnız onun mülkiyyətçisi və yaxud mülkiyyətçinin verdiyi etibarnamə əsasında digər şəxs sata bilər. Bu səbəblə, çıxarışı və etibarnaməni nəzərdən keçirin;

2. Beh verdikdə müqavilə imzalayın bu barədə. Beh məbləğini mümkün qədər az verin. Mənzili almaq fikirinizdən yayınsanız, beh batacaq. Mənzil mülkiyyətçisi mənzili satmaqdan imtina etsə, behi ikiqat məbləğdə qaytarmalıdır;

3. Mənzil alqı-satqısı notarius vasitəsi ilə həyata keçirilir. Ödənişi yalnız rəsmi qayda da edin;

4. Alqı-satqı müqaviləsinin bir nüsxəsi sizə də təqdim edilir;

5. Notarius müqaviləni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərir. Mənzilə dair mülkiyyət hüququnuzun qeydə alınması barədə həmin reyestrdən çıxarış aldıqdan sonra tam rahat ola bilərsiniz”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mənzil almaq istəyənlərə VACİB XƏBƏR - Gələn ildən... – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR