Şimali Koreya ordusunun atəşkəsi pozduğu bölgədən - Yeni GÖRÜNTÜLƏR

Şimali Koreya ordusunun Cənuba qaçan əsgəri vurarkən atəşkəsi pozduğu bölgədən yeni görüntülər yayılıb.

Metbuat.az xəbər verir ki, görüntülərdə Şimali Koreya əsgərlərinin atəşkəsi pozduqları yerdə xəndək qazdığı görülür.

Xatırladaq ki, noyabrın 13-də Şimali Koreya əsgəri Cənubi Koreyaya keçmək istəyərkən silahdaşları tərəfindən vurulmuşdu.

Şimali Koreya əsgərinin qaçan əsgəri qovarkən iki ölkə arasındakı sərhədi keçməsi görüntülərdə yer almışdı. Həmçinin, videoda Cənubi Koreya əsgərlərinin yaralı Şimali Koreyalı əsgəri sürüyərək apardığı görülüb.

Sözügedən hadisədən sonra yaralı əsgər BMT-yə aid vertolyotla Seul yaxınlığındakı Ajou Universitetinin Tibb Mərkəzinə aparılıb.

Vaşinqton rəhbərliyi terrora dəstək verən ölkələr siyahısına əlavə etdiyi Şimali Koreyanı iqtisadi baxımdan təcrid etmək üçün sanksiyalarını genişləndirib.

Aysel Yaqubqızı / Metbuat.az

Şimali Koreya atəşkəsi pozdu, atəş açıldı - VİDEO / FOTOLAR

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR