Azərbaycan Texniki Universiteti Startap layihələrinə qoşulur

Azərbaycan Texniki Universiteti Startap layihələrinə qoşulur
20:23 7 Aprel 2015
225 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin informatika və informasiya texnologiyaları ixtisasına yiyələnən tələbələri ilə qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin görüşü keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə AzTU-nun prorektoru, professor Mustafa Babanlı, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, habelə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun layihələrlə iş sektorunun müdiri Əkbər Abbasov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Ruhəngiz Qarayeva, XERCİM.AZ layihələrinin rəhbəri Orxan Əhmədov çıxış edərək Startap layihələrinin hazırlanması, layihə üzrə komandaların formalaşdırılması, investisiyaların cəlb edilməsi və idarəolunması haqqında ətraflı məlumat veriblər.
Qeyd edilib ki, respublikamızda İnternetin İnkişafına Yardım Fondunun yaradılması ölkəmizdə iqtisadiyyatın və ictimai həyatın bir çox sahələrində inkişafı sürətləndirmək məqsədi daşıyır, innovativ layihələrin yaradılmasına marağı artırır.
Tədbirdə bildirilib ki, RYTN-nin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması informasiya texnologiyaları sahəsində biznesin inkişafına təkan verib.
Görüşdə yeni layihələrin idarəolunması üzrə QHT-lərin rolundan, internetin inkişafı, yayılması və təbliği ilə bağlı məsələlərdən, layihələrin müsabiqəyə təqdim olunmasından, onların yerinə yetirilməsinə investorların cəlb edilməsindən, elektron hökumət portalından istifadə qaydalarından söz açılıb. Həmçinin elektron hökumət portalına giriş qaydaları izah edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Texniki_Universiteti_Startap_layihelerine_qosulur-844418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR