"Şərq Tərəfdaşlığı"nın V Sammiti başa çatıb

"Şərq Tərəfdaşlığı"nın V Sammiti başa çatıb
17:07 24 Noyabr 2017
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Brüssel. 24 noyabr. REPORT.AZ/ "Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammiti başa çatıb.
"Report"un Belçikaya ezam olunmuş əməkdaşı xəbər verir ki, toplantıda sammitin yekun bəyanatı qəbul olunub. 
Sammitin plenar iclası yekunlaşandan sonra Avropa İttifaqının və proqrama üzv olan ölkələrin liderləri birgə xatirə fotosu çəkdiriblər. 
Daha sonra liderlər sammitin yekunları barədə mətbuat konfransı keçirəcəklər.  

*** 12:00
Brüsseldə Şərq Tərəfdaşlığının V Sammiti işə başlayıb.
"Report"un əməkdaşı xəbər verir ki, sammitin rəsmi açılışında Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın Baş naziri Eri Ratas çıxış ediblər.
Sammitin işində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir. 
Bundan başqa, tədbirə Şərq Tərəfdaşlığı proqramına digər üzv ölkələrin - Gürcüstan, Ermənistan, Moldova və Ukraynanın dövlət və hökumət başçıları, Belarusun xarici işlər naziri, həmçinin Aİ ölkələrinin liderləri qatılıblar.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa İttifaqına sədrlik edən Estoniyanın Baş naziri Yuri Ratas Prezident İlham Əliyevi salamlayıblar.
Sammit bağlı qapılar arxasında keçirilir, onun nəticələri barədə mətbuat konfransında elan olunacaq.
Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədirlər. 
Qeyd olunur ki, proqram iştirakçıları bu məqsədləri 2020-ci ilədək həyata keçirməyi planlaşdırırlar. 





















Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/serq-terefdasligi-nin-v-sammiti-basa-catib-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR