Şərq Tərəfdaşlığı Sammitində birgə bəyənnamə qəbul edildi

Bu gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində birgə bəyənnamə qəbul edilib.

Metbuat.az-ın məlumatına görə, Şərq Tərəfdaşlığı Polşa və İsveçin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Şərq Tərəfdaşlığı Avropa İttifaqının altı qonşu ölkəsini - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, BelarusUkraynanı əhatə edir.

Budəfəki Sammitdə Avropa İttifaqına üzv dövlətlər altı Şərq tərəfdaşı ölkəsinin dövlət və ya hökumət başçıları ilə gələcək əməkdaşlığı müzakirə ediblər. Onlar, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşlarına təsirli faydaların verilməsinə xüsusi diqqət yetirərək, Riqa Sammitindən sonrakı nailiyyətləri qiymətləndiriblər. /Trend/

“AB Qarabağ məsələsində də bu mövqeyi ortaya qoymalıdır” - Zahid Oruc

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR