DƏHŞƏT: Cümə namazını qana buladılar - 155 ölü, 80 yaralı...(YENİLƏNİR)

Misirin Əl-Ariş şəhərinin qərbindəki Əl-Ravdah məscidinə cümə namazı zamanı bombalı hücum olub.

Metbuat.az xəbər verir ki, “Reuters” xəbər agentliyinə danışan hadisə şahidləri terrorçuların məscidə öncə bomba ilə hücum etdiklərini, daha sonra avtomat tüfənglərlə atəş açdığını bildirib.

Terror aktı nəticəsində 155 nəfərin öldüyü, 80 nəfərin isə yaralandığı deyilir. Ancaq rəsmi mənbələr hələ ki, açıqlama verməyib. Heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Faciə ilə bağlı ölkədə 3 günlük matəm elan olunub.

Aysel Yaqubqızı / Metbuat.az...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR