Meksikada silahlı toqquşma nəticəsində 15 nəfər ölüb

Meksikada silahlı toqquşma nəticəsində 15 nəfər ölüb
21:32 7 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 21:21 ]


Bakı-APA. Meksikada cinayətkarlar və polis əməkdaşları arasında baş vermiş atışma nəticəsində 15 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis patrulu Puerto-Valyarta və Qvadalaxara şəhərlərini birləşdirən magistral yolda silahlı cinayətkar qrupun hücumuna məruz qalıb.

 

Məlumata görə, şiddətli atışma zamanı həmçinin bir neçə avtomobil yandırılıb.    

 

Ölənlər arasında silahlı və polis əməkdaşlarının olduğu bildirilir. Hücuma məruz qalmış polis əməkdaşlarının köməyinə hərbçilər və milli jandarmeriya qüvvələri cəlb olunub.    

 

Hadisə ilə əlaqədar yolda nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.   


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378778

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR