Play Store

Məşhur verilişin komandası Bakıya gəldi - Proqramın çəkilişi Bakıda aparılıb

İsrailin məşhur verilişinin komandası Bakıya gəlib.

Metbuat.az bildirir ki, İsrailin “Open Skies” TV verilişi dünya turizmi və ənənəvi mətbəx haqqında hazırladığı silsilə proqramlardan birini Azərbaycana həsr edib. 20-24 noyabr tarixlərində proqramın çəkilişi Bakı şəhərində aparılıb.

Milli Turizm Təbliğat Bürosu tərəfdaşları ilə birgə sözügedən layihənin reallaşmasına texniki və təşkilati dəstək göstərib.

Verilişin yaradıcısı, direktoru və aparıcısı Gil Hov İsrailin məşhur simalarındandır. Yüksək reytinqli veriliş tamaşaçılarda göstərilən məkana diqqəti cəlb edir və səyahətə həvəs yaradır.

Çəkiliş komandası paytaxtımızın gözəlliyinə valeh olub və Azərbaycanda çəkilən epizodun izləyicilər tərəfindən maraqla qarşılanacağını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR