Şahzadələr təslim oldu -

Noyabrın əvvəllərində Səudiyyə Ərəbistanında korrupsiya əməllərinə görə şübhəli bilinərək həbs edilən şəxslərin böyük əksəriyyətiylə razılıq əldə olunub.

Metbuat.az-ın məlumatına görə, bu barədə şahzadə vəliəhd Məhəmməd bin Salman "Nyu-York Tayms" qəzetinə açıqlamasında bildirib. Onun sözlərinə görə, şübhəlilər dəlilləri gördükdən sonra şərtlərlə razılaşıb. Lakin Salman razılaşmanın detallarına dair açıqlama verməyib.

İddia edilir ki, şərtlər şübhəlilərin dövlət büdcəsinə on milyardlarla dollar pul köçürməsi ilə bağlıdır.

Vəliəhd qeyd edib ki, saxlanılan şəxslərin 4 faizi ittihamları qəbul etməyib. Onlar məhkəmə qarşısına çıxacaq.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR