Play Store

"Yoxa çıxan sualtı qayıqda partlayış baş verib"

Argentina sahillərində 9 gün əvvəl yoxa çıxan və göyərtəsində 44 əsgərin olduğu sualtı qayıqda böyük ehtimalla partlayış baş verib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Argentina hərbi donanmasının komandanlığı açıqlama verib. Məlumatda bildirilir ki, sualtı qayıq radarlardan itən ərəfədə cihazalar güclü səs qeydə alıb. Belə güclü partlayış zamanı isə heyət üzvlərinin sağ qalma ehtimalı sıfıra bərabərdir.

Bununla belə, xilasedicilər axtarışları davam etdirir.

Sübhan/ METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR