Samsung menecerləri xeyli azaldıb

Samsung menecerləri xeyli azaldıb
21:57 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın Samsung Electronics şirkəti 2014-cü ilin yekunları üzrə ştatdakı menecerlərin 15 faizini işdən uzaqlaşdırıb. Bu, smartfonların xüsusilə ötən ilin üçüncü rübündə tədarükünün proqnozlaşdırılandan aşağı olması ilə əlaqədardır.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, üçüncü rübdə şirkət ştatda 1219 menecerin çalışması barədə məlumat versə də, artıq ilin sonuna onların sayı 177 nəfər (15 faiz) azaldılıb. İşdən çıxarılan və ya istefa verən 177 əməkdaşın 44-ü IT & Mobile Communications departamentinin işçisi olub.
 
Eyni zamanda yerli qəzetlərdə Cənubi Koreyada ən yüksək əməkhaqqının Samsungda olması barədə məlumatlar yazılır. Bundan əlavə, 2015-ci ilin aprelin ortalarından etibarən şirkətdə ştatda olan əməkdaşlar üçün yeni çevik iş qaydalarının tətbiqinə başlanılması nəzərdə tutulur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/24415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR