ASUS PadFone S Plus göstərildi

ASUS PadFone S Plus göstərildi
21:12 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

ASUS şirkəti PadFone qeyri-adi hibrid cihazlar konsepsiyasını inkişaf etdirməyə davam edir. Bu tip qurğularda smartfon hesablama mərkəzidir, amma onu xüsusi birləşdirici qurğuya qoşduqda aparat planşet kompüterinə çevrilir. Bu seriyadan yeni qurğu yaxın günlərdə satışa çıxarılacaq.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, ASUS PadFone S Plus modeli 5 düymlük Full HD formatlı ekrana malik smartfondan ibarətdir, 2.3 QHs takt tezlikli dördnüvəli Qualcomm Snapdragon 801 prosessoru, 3 QB əməli yaddaş və 64 QB tutumunda daxili fləş daşıyıcı ilə təchiz edilib. Əsas kamera 13 meqapiksellik təsvir ölçüsünə malikdir və 4K formatında video çəkilişini dəstəkləyir.
 
Bundan başqa, ASUS PadFone S Plus smartfonu 2 meqapiksellik ön fotomodul, Wi-Fi 802.11 a/b/g/n/ac, Bluetooth 4.0 və NFC simsiz kommunikasiya vasitələri, USB və microUSB konnektorları ilə təchiz edilib. Aparat 2300 milliamper/saat tutumunda akkumulyator batareyasına malikdir.
Smartfonun pərakəndə dəyəri təxminən 300 ABŞ dolları təşkil edəcək.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/24465.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR