Həzrət Məhəmməd Peyğəmbərin (s) neçə əmisi olub?

Həzrət Məhəmməd Peyğəmbərin (s) neçə əmisi olub?
22:12 7 Aprel 2015
349 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam Peyğəmbərinin babası Əbdülmüttəlibin övladlarının sayı və adı barədə məlumatlar fərqlidir. Onun 5 və ya 6 qadınla evləndiyini, bunlardan 16-dan 19-a kimi övlad sahibi olduğunu yazırlar.

Qızlarının sayı 6, oğullarının sayı isə müxtəlif rəvayətlərə görə, 10-dan 14-ə kimidir. Müxtəlif mənbələrdə Peyğəmbərin əmilərinin adını Haris, Zübeyr, Əbdülüzza (Əbu Ləhəb), Abdullah, Əbdi-mənaf (Əbu Talib), Həmzə, Abbas, Müqəvvim, Zirar, Ğeydaq, Avvam, Qüsəm, Həcəl, Əbdülkəbə kimi qeyd etmişlər (axırıncı üçü kiçik yaşlarında vəfat etmişdir). Bunların ən böyüyü Haris, ən kiçiyi Abbasdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/24132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR