Banklar dollardan imtina etdi

Banklar dollardan imtina etdi
21:16 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Dünya mərkəzi bankları dollardan imtina etməyə başlayıb. Belə ki, dünya qızıl ehtiyatlarının həcmi azalmağa doğru gedir.

ANS PRESS-in məlumatına görə, bütün bunlar neftin qiymətinin bahalaşması fonunda baş verir. Rusiyada da dollar sürətlə ucuzlaşmağa başlayıb.

Belə ki, Moskva birjasında dollar rubl qarşısında 53 qəpik ucuzlaşaraq 54,96 rubl olub. Bu, 2014-cü il 30 dekabr ayından bu yana ən yüksək göstəricidir.

Avro isə 2014-cü il noyabrın 27-dən bu yana 97 qəpik ucuzlaşaraq 59,62 rubl olub.

Qeyd edək ki, ötən gün Moskva birjasında dolların məzənnəsi bu il ilk dəfə olaraq 56 rubldan, avronun məzənnəsi isə 61,55 rubldan aşağı düşmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=26&nid=336451

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR