Təyyarə qəzaya uğradı, 5 nəfər öldü

Təyyarə qəzaya uğradı, 5 nəfər öldü
22:19 7 Aprel 2015
48 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın İllinoys ştatında “Cessna 414” kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Chicago Tribune nəşri məlumat yayıb.

 

Məlumata görə, qəza nəticəsində təyyarədə olan 4 sərnişin və bir pilot hadisə yerində ölüb. Nəşrin məlumatına görə, həlak olan şəxslər basketbol azarkeşləri olub və ölkə çempionatının matçına baxmağa yollanırmışlar.    

 

Təyyarənin Bluminqton  aeroportunun yaxınlığında qəzaya uğradığı bildirilir.

 

Qəzanın səbəbləri barədə rəsmi məlumat hələlik verilməyib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR