Hacıqabul rayonuna 3 milyon manat ayrıldı

Hacıqabul rayonuna 3 milyon manat ayrıldı
18:24 9 Yanvar 2015
182 Sosial
Ölkə mətbuatı
A- A+

Hacıqabul rayonunun Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi üçün 3 milyon manat pul ayrılıb. Lent.az-ın AzerTAc-a istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncam on doqquz min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi məqsədi ilə verilib.

 

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR