Play Store

​Eyfel qülləsinin işıqları söndürüldü - Terror bəlası...

Eyfel qülləsinda işıqlar söndürülüb

Metbuat.az bildirir ki, bununla Misirin Əl-Ariş şəhərinin qərbindəki Əl-Ravdah məscidinə cümə namazı zamanı öldürülən şəxslər anılıb.

Qüllənin işıqları Parisin bələdiyyə sədri Anne Hidalgonun təlimatından sonra gecə yarısı söndürülüb.

Bələdiyyə sədri baş verən hadisə ilə bağlı sosial mediada bu sözləri paylaşıb:

“Terror bu dəfə Misiri vurdu. Ölənlərin ailələrinə səbr, yaralananlara isə dəstəyimi çatdırıram”.

Qeyd edək ki, son məlumatlara görə, terror hücumu zamanı 235 nəfər ölüb, 109 nəfər isə yaralanıb. Faciə ilə bağlı ölkədə 3 günlük matəm elan olunub.

Rusiya səfirinə qarşı sui-qəsdlə bağlı - YENİ XƏBƏR – OXUMAQ ÜÇÜN TIKAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR