​AOK-un vitse-prezidenti: Azərbaycan Avropa Oyunlarının təşkilinə xərclərini əsirgəmir

21:42 7 Aprel 2015
59 İdman
Ölkə mətbuatı
A- A+


"Report" xəbər verir ki, bu barədə TASS-a Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Aleksandr Kozlovski bildirib.
Avropa Oyunlarının ikinci paytaxtı üzrə seçkilər 2015-ci ilin mayında Türkiyədə AOK-un Fövqəladə Baş Assambleyasında keçiriləcək.
"Avropa Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsindən fərqli olaraq seçkilərə öz yanaşma tərzi var. Biz bu Oyunların keçirilməsinə kimin daha layiq olduğuna özümüz baxırıq. Hazırda bizim namizədimiz Niderlanddır", - deyə Kozlovski qeyd edib.
I Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək. Kozlovskinin sözlərinə görə, Azərbaycan idmançı və tamaşaçıların yaddaşına həmişəlik həkk olunması üçün bu yarışların təşkilinə xərclərini əsirgəmir.
"Niderlandın bu işə öz yanaşması var - dəqiq və qənaətçi. Qeyd edim ki, Avropa Oyunları - 2019 da, Bakı Oyunları kimi təcrübi xarakter daşıyacaq. Biz bu unikal oyunların keçirilməsi üçün optimal variant axtarırıq", - deyə AOK-un vitse-prezidenti bildirib.

Xəbərin orijinal ünvanı: http://report.az/baki-2015/aok-un-vitse-prezidenti-azerbaycan-avropa-oyunlarinin-teskiline-xerclerini-esirgemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR