3 milyondan çox insana pis xəbər (VİDEO)

3 milyondan çox insana pis xəbər (VİDEO)
22:46 7 Aprel 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycandan da daxil olmaqla Rusiyaya üz tutan bütün miqrantlara qarşı şərtlər sərtləşdirilir. Qonşu ölkədə miqrantlarla bağlı 2015-ci ildən etibarən qüvvəyə minən qanunlara görə hər bir əmək miqrantının rus dili, tarixi və qanunvericiliyini bilməsi vacibdir.

Ancaq bununla da kifayətlənməyən hökumət migrantların vermək məcburəyətində olduğu test imtahanlarını bu ilin iyun ayından etibarən daha da mürükkəbləşdirməyi nəzərdə tutur.

ANS TV-nin Moskva bürosunun məlumatına görə, Rusiyada daimi yaşamaq və ya işləmək istəyən 3 milyon 400 min miqrant bu il test imtahanları verəcək. Bunlardan bir milyon yarımı testdən keçə bilmək üçün əlavə dərslərə getmək məcburəyətindədir. Bu məqsədlə artıq 334 kurs fəaliyətə başlayıb ki, bunlardan da 108-i pulsuzdur.

İmtahanların çətinləşdirilməsinin miqrantlardan daha çox çalışmağı tələb etdiyini deyən Rusiya Humanitar İqtisad Universiteti müəllimlərindən İnna Litvinenko miqrantların əksəriyyətinin bu imtahanları müvəffəgiyyətlə keçəcəyinə inanır:

“Rusiyada yaşamaq və işləmək, müvəqqəti qeydiyyatdan keçmək istəyən miqrantlar üçün Rus dili, tarix və hüquq üzrə kompleks test mürəkkəbləşdirilməsi miqrantların ölkəmizi daha yaxından tanımasına kömək edəcək. Testə beş yeni sual əlavə ediləcək və xaricilər həmin suallara cavabları özləri yazacaqlar. Xaricilər üçün leksik minimum da artırılacaq və 1250 rus sözünə çatdırılacaq”.

İlin əvvəlindən bütün Rusiya üzrə 440 min miqrant kompleks imtahan verib və onların 95%-i müvafiq sertifikat alıb. İş icazəsi almaq istəyənlər üçün imtahanın tam qiyməti Azərbaycanın milli valyutası ilə 90 manat təşkil edir.

Rəsmi rəqəmlərə görə, 11 milyona yaxın miqrantın yaşadığı Rusiyada bunlardan 560 mini Azərbaycan vətəndaşıdır.

Mənbə
ANS TV: Aqşin Sabiroğlu



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR