Play Store

Baş konsul: "Xəsarət alanlar arasında azərbaycanlılar yoxdur" Batumidə yanğın

Batumidə “Leogrand” mehmanxanasında baş vermiş yanğın nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Trend-ə Azərbaycanının Batumidəki baş konsulu Rəşad İsmayılov deyib.

Konsul hazırda konsulluq əməkdaşları ilə birgə hadisə yerində olduqlarını deyib: “Yanğın nəticəsində xəsarət alanların şəxsiyyətinin müəyyənləşdirilməsi başa çatıb. Acarıstan Səhiyyə Nazirliyinin məlumatlarına əsasən deyə bilərəm ki, bu anadək xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bununla belə, biz xəstəxanalarla ünsiyyəti davam etdiririk və məlumatları dəqiqləşdiririk”.

Qeyd edək ki, ötən gün Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədrini təbrik edib - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR