Play Store

Azərbaycanlı gömrükçülər onun ayaqqabısını çıxartdılar və... - FOTOLAR

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı idarənin sərnişin şöbəsində saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Metbuat.az-ın Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, yoxlama nəticəsində vətəndaşın ayaqqabısının sol tayının içərisində 1 ədəd bükümdə olmaqla, xalis çəkisi 1,653 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr"in I Siyahısına daxildir.

Bu hallar üçün YENİ RÜSUMLAR müəyyən edildi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR