Həyatımızdakı rəqəmlər...

Həyatımızdakı rəqəmlər...
21:57 7 Aprel 2015
1048 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gün ərzində dəfələrlə rəqəmlərdən istifadə edirik. Jurnalistlər qonorarlarını haqq-hesab edirlər, müəllimlər maaş artımlarını hesablayırlar, təqaüdçülər aldıqları pensiyanı ayın 30 gününə bölürlər, alış-veriş zamanı cibimizdəki pulun çatıb-çatmayacağını rəqəmlərlə düşünürük, keçmişimizə dəqiq, gələcəyimizə xəyali rəqəmlərlə nəzər salırıq və s. Bir sözlə günümüz rəqəmlərin içində əriyib gedir. Amma çoxlarımız rəqəmlərlə bağlı olduqca maraqlı faktlardan xəbərsizik.
 
Milli.Az modern.az-a istinadən rəqəmlərlə bağlı maraqlı faktları təqdim edir.
 
Tarix boyu insanlar rəqəmlərə fərqli anlamlar veriblər, rəqəmlərin təkcə riyazi deyil, magik xassələrə malik olduğunu sübut etməyə çalışıblar. Numerologiya elmi də məhz bundan bəhs edir. Qədim yunan filosofu və riyaziyyatçısı Pifaqor bu elmin banisi sayılır.
 
Rəqəmlərin tək və cüt olmasına münasibət ayrı-ayrı xalqlar tərəfindən fərqlidir. Azərbaycanda kiməsə cüt sayda gül bağışlamaq qəbuledilməzdir. Amma Amerikada cüt sayda gül sevgi və xoşbəxtlik rəmzidir.
 
Çində və Yaponiyada 4 rəqəmi ölüm anlamını verir. Buna görə də bu ölkələrdə 4-cü mərtəbə, 4-cü mənzil kimi rəqləmləmələr istifadə olunmur.
 
Bir çox ölkələrdə 7 rəqəmi uğur və sevinc gətirən rəqəm kimi qəbul edilir.
 
Populyar axtarış saytı olan “Google” öz adını rəqəmlərdən götürüb. 1 rəqəmindən sonra 100 ədəd 0 rəqəmi riyaziyyatda “quqol” adlanır ki, sayt da adını məhz burdan götürüb.
 
Sıfırlarla yekunlaşan ən böyük ədəd sentilon adlanır. Bu ədəddə1 rəqəmindən sonra 600 sıfır yazılır.
 
Yunanstanda ayın 13-ü həftənin ikinci gününə düşərsə ən uğursuz gün sayılır.
 
İtaliyada ayın 17-si beşinci günə təsadüf edərsə həmin gün insanlar ehtiyatla davranırlar.
 
Vyetnamda 3 rəqəmi ən uğursuz rəqəm kimi sayılır. Belə qəbul olunur ki, 3 nəfər bir yerdə şəkil cəkdirirsə ortada dayanan yaxın gələcəkdə öləcək.
 
Numerologiyada hər bir rəqəmin öz mənası var:
 
0 rəqəmi - Mövcud obyektlərin olmamasının, yoxluğun rəmzidir.
 
1 rəqəmi - Hakimiyyət, qüvvə, cəsarət, igidlik, liderlik.
 
2 rəqəmi - Zəriflik, incəlik, ünsiyyət, əməkdaşlıq.
 
3 rəqəmi - Yaradıçılıq, təxəyyül, ruh yüksəkliyi.
 
4 rəqəmi - Dözümlülük, davamlılıq, səbr, zəhmət.
 
5 rəqəmi - Cəldlik, dəyişikliklər, səyahətlər, maraq, zövq, sensasiya.
 
6 rəqəmi - Harmoniya, diplomatiya, cəmiyyət, ailə, romantizm.
 
7 rəqəmi - Araşdırmalar, fəlsəfə, mənəviyyat, bilik.
 
8 rəqəmi - Materializm, praqmatizm, materiya, qənaət.
 
9 rəqəmi - Ünsiyyət, vüsət, universallıq, müxtəliflik.
 
Bəzi rəqəmlər də var ki, onlar konkret olaraq bir millətin yaddaşında qanlı tarixləri əks etdirir. Bizim tariximiz kimi...
 
Dağlıq Qarabağ: işğal tarixi – 1988-1993-cü illər, ərazisi 4400 km2. (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut); Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi – 1875 km2; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 1936 km2; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1154 km2; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 km2; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1112 km2;
Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 826 km2; Zəngilan rayonu: işğal tarixi - 30 oktyabr 1993-cü il, ərazisi - 707 km2.
 
İlk baxışdan adi görünən bu rəqəmlərin arxasında böyük faciələr dayanır.
 
Arzu edirik ki, həyatınızdakı bütün rəqəmlər taleyinizə uğur gətirsin və taleyimizə elə bir rəqəm yazılsın ki, həmin rəqəm böyük qələbəmizin tarixini əks etdirsin.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR