Bağdad kürdlərdən kömək gözləyir

Bağdad kürdlərdən kömək gözləyir
21:57 7 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Baş naziri Hayder Əl-Abadi deyib ki, onun hökuməti ölkənin şimalında Nineva vilayətinin İslam Dövləti qrupunun militantlarından azad edilməsi üçün kürd rəsmilərlə əməkdaşlıq aparacaq.
Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, yarımuxtar kürd regionunun paytaxtı İrbil şəhərində danışan cənab Abadi İraq və Kürdüstan hökumətlərinin eyni düşmənlə üz-üzə gəldiyin deyib.
 
İraq Kürdüstanının prezidenti Məsud Barzani tərəflərin hərbi və təhlükəsizlik ekspertlərindən ibarət komitə yaradılması haqda razılığa gəldiyini bildirib.
 
Baş nazir Abadi və prezident Barzani Ninevanın nəzarətinin yaraqlıların əlində alınması planının tarixi ilə bağlı açıqlama verməyiblər.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/24602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR