Qadın körpəsi ilə mikroavtobus altında qaldı - ANABAAN

Qadın qucağında körpəsi ilə mikroavtobus altında qalıb.

Metbuat.az bildirir ki, hadisə ötən gün Türkiyənin İstanbul şəhərində baş verib. Mikroavtobus sürücüsü avtomobili geriyə vermək istəyən zaman yolun kənarında qucağında körpə ilə dayanan qadını görməyib. Nəticədə, qadın avtobusun altında qalıb. Ətrafdakıların müdaxiləsi ilə qadın və körpəsi avtobusun altından çıxarılıb. Hadisə nəticəsində uşağa heç nə olmasa da, qadın ağır yaralanıb.

Hadisəyə səbəb olan sürücü polis nəzarətinə götürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR