Yunanıstan, Serbiya, Makedoniya və Macarıstan qaz tədarükünün Türkiyə üzərindən diversifikasiya edilməsini dəstəkləyib

Yunanıstan, Serbiya, Makedoniya və Macarıstan qaz tədarükünün Türkiyə üzərindən diversifikasiya edilməsini dəstəkləyib
23:02 7 Aprel 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 22:45 ]

Budapeştdə dörd ölkənin XİN rəhbərləri və Türkiyənin Avropa məsələləri üzrə dövlət naziri arasında enerji sahəsində əməkdaşlığa dair bəyannamə imzalanıb

Bakı-APA. Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə Avropaya qaz tədarükünün mənbələrini və marşrutlarını Türkiyə üzərindən diversifikasiya edilməsini dəstəkləyir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Budapeştdə dörd ölkənin XİN rəhbərləri və Türkiyənin Avropa məsələləri üzrə dövlət naziri arasında aparılmış danışıqların yekunlarına dair enerji sahəsində əməkdaşlığa dair imzalanan bəyannamədə bildirilib.     

 

“Təbii qazın Türkiyədən bizim ölkələrin üzərindən keçməklə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinə və digər ölkələrə tədarük olunması üçün marşrutların və mənbələrin diversifikasiya edilməsinin kommersiya cəhətdən davamlı variantının yaradılması dəstəklənib”, deyə Yunanıstan XİN mətbuat xidmətinin yaydığı sənəddə qeyd olunur.

 

 

Bəyannamədə qaz tədarükünü milli və regional səviyyələrdə yaxşılaşdırılmasına yönələn bir neçə infrastruktur qaz layihəsinin artıq reallaşdırıldığı və planlaşdırıldığı qeyd olunur.   

 

Bəyannamə müəllifləri hesab edirlər ki, bu yolla Türkiyə və Aİ enerji bazarlarının “Cənub Qaz Dəhlizi” vasitəsilə möhkəmləndirilməsinə imkan yaradılacaq, həmçinin Aİ-nin maliyyə dəstəyi ilə gerçəkləşəcək 5 ölkənin qaz infrastrukturunun birləşdirilməsi  regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR