Bütün dünyanın izlədiyi görüş (VİDEO)

Bütün dünyanın izlədiyi görüş (VİDEO)
22:06 7 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Ankara ilə Tehran arasında münasibətlərin gərginləşdiyi bir vaxtda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri dünyanın diqqət mərkəzindədir. Türkiyəyə qarşı güclü etirazların baş qaldırdığı İranda qarşılanma mərasimindən tutmuş liderlərin görüşündə səslənən bəyanatlara qədər heç bir detal medianın gözündən yayınmayıb. Bu günlərdə xüsusilə Yəmən məsələsində üz-üzə gələn Türkiyə və İran prezidentlərinin görüşünün əsas müzakirə mövzusu da gözlənildiyi kimi bu oldu.

ANS TV-nin Tehran bürosunun məlumatna görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana qarşılıqlı ittihamlar fonunda müşayiət edilən və təxirə salınacağı ehtimal olunan səfəri bu gün nəhayət ki, baş tutdu.

Tehranın Sadabad sarayında İran prezidenti Həsən Ruhani türkiyəli həmkarı üçün rəsmi qarşılanma mərasimi təşkil etmişdi.

Səmimi şəkildə görüşən prezidentlərin bir müddət əl-ələ addımlamaqları da diqqətdən qaçmadı.

Görüşdən sonra mətbuata açıqlama verən prezidentlər Yəməndəki gərginliklə bağlı bəyanat veribər. Və buradakı hadisələrin dayandırlmasını vacib hesab ediblər.

İran prezidenti Həsən Ruhani Türkiyənin dəstəyinə görə Ərdoğana təşəkkür etdi: "Yəmən mövzusunda ətraflı söhbətimiz oldu, ortaq nöqtələr tapıldı. Yəməndə tökülən qanın dayanmasını və atəşkəs əldə olunmasını istəyirik”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da görüşdə açıqlama verdi: “Burada kim-kimi öldürür? Buna nəzər yetirdiyimiz zaman görərik ki, ölən də, öldürən də müsəlmandır. Burada mən məzhəb ayrımına baxmıram. Məni nə şiə, nə də sünni maraqlandırır. Məni ancaq müsəlman insanı maraqlandırır”.

Rəcəb Tayyib Ərdoğanın İran səfərini əsas hədəflərindən biri də iki ölkə arasındakı 15 milyard dollarlıq ticarət dövrüyyəsinin 30 milyarda çatdırılmasıdır.

Türkiyə prezidentinin Tehran səfəri iranlı siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Rəcəb Tayyib Ərdoğanın Yəməndəki hadisələrdə İranı günahlandırması və İrandan qüvvələrini geri çəkməyi tələb etməsi Tehranda etirazlara səbəb olub.

İran parlamentinin 65 millət vəkili ölkə başçısı Həsən Ruhaniyə məktub yazaraq Ərdoğana sərt xəbərdarlıq etməyi tələb edib. Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Mənsur Həqiqətpur da Ərdoğanı səfəri təxirə salmağa çağırıb.

İran İslam Şurası Məclisinin rəsmisi Hüseyn Nəkavi Hüseyni Ərdoğanın səfərini İran üçün utancverici hal kimi qiymətləndirib. Ölkəni təhqir edən birinin ayağının altına qırmızı xalı sərmək diplomatiyamız üçün utancverici haldır.

Mənbə
ANS TV: Nəvid Daneşvər



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR