Prezident İlham Əliyev Mədinədə Peyğəmbər məscidini ziyarət edib

23:12 7 Aprel 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 22:59 ]

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanına rəsmi səfəri başa çatıb

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.

 

APA-nın məlumatına görə, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

 

Peyğəmbər məscidində din xadimləri dövlət başçısını qarşıladıqdan sonra, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıb.

 

Qeyd edək ki, bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir.

 

Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanına rəsmi səfəri aprelin 7-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378781

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR