Afina borcunu ödəyəcək

Afina borcunu ödəyəcək
23:12 7 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Yunanıstanın borcu ilə bağlı növbəti ödənişin yerinə yetiriləcəyi barədə xəbəri alqışlayıb.
Bazar günü Christine Lagarde məsələni Yunanıstanın maliyyə naziri Yanis Varoufakislə müzakirə edib.
 
"Mən 9 aprelə kimi kredit üzrə ödənişin yerinə yetirilməsi barədə nazirin bəyanatını alqışlayıram”, - Christine Lagarde deyib.
Milli.Az BBC-yə istinadən bildirir ki, fevral ayında kredit proqramı üzrə borcların ödənilməsilə bağlı Afinaya ayrılmış möhlət 4 ay müddətinə uzadılıb.
Ehtiyat edilir ki, Yunanıstan 450 milyon avro həcmində BVF kreditini vaxtında qaytara bilməyəcək.
 
Yunanıstana maliyyə yardımı proqramı 5 il əvvəl başlayıb. Ölkənin kreditorları növbəti kredit tranşı əvəzində Afinadan sərt qənaət tədbirlərini nəzərdə tutan islahatların həyata keçirilməsini gözləyirlər.
 
Ötən həftə Afina islahatların yeni paketini təqdim edib.
 
Lakin o, Aİ və BVF tərəfindən hələ ki təsdiq olunmayıb.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/24597.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR