Play Store

Yevlax sakinindən külli miqdarda narkotik vasitə - Götürüldü

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülüb.

Bu barədə Metbuat.az-a DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Səlim Kərimov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərinə baxış keçirilərkən 7,26 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun mənzilində axtarış aparılarkən oradakı kisədə böyük miqdarda narkotik vasitə olduğu şübhə doğuran maddə aşkar edilərək ekspertizaya təqdim olunub.

Ekspertiza həmin maddənin 3 kiloqram 524 qram çəkidə qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

BAKI: “Range Rover” piyadanı vurdu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR