Prezident ailəsi ilə Mədinədə Peyğəmbər məscidini ziyarət edib

Prezident ailəsi ilə Mədinədə Peyğəmbər məscidini ziyarət edib
23:24 7 Aprel 2015
227 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində aprelin 7-də Mədinə şəhərində olub.

 

Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri burada Peyğəmbər məscidini ziyarət ediblər.

 

Peyğəmbər məscidində din xadimləri dövlət başçısını qarşıladıqdan sonra, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Peyğəmbər məscidində namaz qılıb.

 

Qeyd edək ki, bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir.

 

Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Səudiyyə Ərəbistanına rəsmi səfəri aprelin 7-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR