VTEK sədri və “sağ əli” rüşvət alanda həbs olundu

VTEK sədri və “sağ əli” rüşvət alanda həbs olundu
22:27 7 Aprel 2015
571 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 30 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri Xoşbəxt Ağayevanı həbs edib.
 
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, X.Ağayeva Cəlilabad rayonunda növbəti komissiya baxışı keçirilərkən həbs olunub.
 
Axtarış zamanı TSEK sədrinin üzərindən rüşvət kimi alınmış 6 min manat nağd pul götürülüb.
 
Əldə etdiyimiz məlumata görə, baş prokuror Zakir Qaralov bu il martın 30-da Biləsuvar rayonunda Biləsuvar, Cəbrayıl, İmişli, Cəlilabad və Neftçala rayonlarından olan vətəndaşları qəbul edərkən ən çox şikayət də elə xalq arasında daha çox "VTEK" kimi tanınan 30 saylı TSEK-dən olubmuş.
 
Cəlilabaddakı mənbələrdən əldə etdiyimiz digər məlumata görə, X.Ağayeva ilə yanaşı TSEK-in daha bir əməkdaşı həbs edilib. Həmin şəxs X.Ağayevanın “sağ əli” sayılan tibb bacısıdır.
 
X.Ağayeva əslən Biləsuvardandır. 30 saylı TSEK regional qurum olduğundan o, Cəlilabadda işləyirdi. X.Ağayeva bu vəzifəyə təxminən 1 il öncə təyin olunmuşdu. Təyinatından heç bir ay keçməmiş yerli məmurlarla münaqişəyə girmişdi.
 
Milli.Az
 
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/25131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR