Bu qadını ANS-in adı ilə hədələdilər (VİDEO)

Bu qadını ANS-in adı ilə hədələdilər (VİDEO)
22:36 7 Aprel 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkələrdə başlayan mübahisə sonda fiziki təzyiqlə nəticələnib. Qadın iki nəfərin hədələrinə məruz qalıb, daha sonra ona qarşı fiziki təzyiq də göstərilib. Tərəflərdən biri ANS-in adından istifadə etməyə çalışıb.

Milana Qasımova ANS-ə iki nəfər tərəfindən hədələndiyi dilə gətirərək üz tutub. Milana Qasımovanın sözlərinə görə, Fərid Mansurov və Şəfiqə adlı şəxslər evinə gələrək, onu döyməyə, hətta anasına hücum çəkməyə cəhd ediblər.

Qorxu içində olan qadın bununla bağlı polisə şikayət ərizəsi ilə müraciət edib. Ancaq bundan sonra hədələr səngiməyib. Əksinə onu hədələyən qruplaşma yaşadığı ünvana gələrək ərizəsini geri götürməsilə bağlı yeni hədələr irəli sürüblər. Hətta xanımın şəkillərini sosial şəbəkələrdə paylaşaraq, şəxsi həyatına müdaxilə ediblər.

“Mənə yaşadığım binanın dəhlizində hücum etdilər. İki həftədir ki, hücum edən dələduzlar məni izləyir. Qruplaşmanın qadın üzvü mənə müqavimət göstərib. Bu an anam məni qoruduğuna görə, qruplaşmanın digər üzvü mənə zərbə endirmək istəsə də, amma buna nail ola bilmədi”, – deyə şikayətçi Milana Qasımova bildirib.

Qadının sözlərinə görə, həmin şəxslər guya özlərini ANS-in əməkdaşları kimi qələmə verərək onun gününü qara edəcəkləri ilə qorxudublar. Milana yaşadığı blokdakı, qonşuları da ona qarşı çıxmağa sövdələşməyə cəlb etmə cəhdləri olub.

“Həmin şəxslər jurnalist dostlarını da bu məsələyə cəlb ediblər. Onlar diktafon və kamera ilə yaşadığım bloka gələrək ANS telekanalı adından qonşulara suallar ünvanlayıblar. Bir sözlə qonşuları mənə qarşı qaldırırlar”, – deyə Milana Qasımova bildirdi.

Baş verənlərlə bağlı Milana xanım Binəqədi Rayonu Polis İdarəsinin 7-ci polis bölməsinə də müraciət edib. Məsələ artıq araşdırılmaqdadır. Hətta qadını hədələyən şəxslərin ANS-in deyil, digər bir kanalın keçmiş əməkdaşları olduğu və ANS-in adından istifadə etdikləri üzə çıxıb. Hər halda məsələ araşdırılır.

Qeyd edək ki, ANS-in bütün əməkdaşlarının xidməti vəsiqələri var. Əgər sizi kimsə, ANS-in adı ilə narahat edirsə, mütləq şəkildə vəsiqə tələb edin.

Həmin şəxslər vəsiqəni təqdim edə bilmədikdə dərhal polisə və ANS-in “qaynar xətti” olan 050 - 203-02-02-yə zəng edərək məlumat verin.

Mənbə
ANS TV: Nərgiz Tahirova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=336495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR