Obama yenə İsrailə dəstək vəd edir

Obama yenə İsrailə dəstək vəd edir
22:42 7 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Lozannada İranla əldə edilən razılaşmaya kəskin münasibət bildirən İsraili əmin etməyə tələsib ki, ABŞ İsrail dövlətinin ən qəti tərəfdarı qalmaqdadır.
 
ABŞ prezidentinin sözlərinə görə, İran və bölgənin digər dövlətləri bilməlidirlər ki, İsraillə güclərini sınamaq istəyənlər Amerika ilə üzləşəsi olacaqlar.
Milli.Az BBC-yə istinadən bildirir ki, tənqidçilər Amerika liderini, Tehrana həddən çox üz verərək, İsrailin təhlükəsizliyini zərbə altına qoymaqda günahlandırıblar.
 
Lakin New York Times qəzetinə müsahibəsində Obama aralarında həmçinin öz həmpartiyalıları olan tənqidçilərinə qəti cavab verib.
“Əgər mənim idarəçiliyim zamanı ya mənim hərəkətlərim nəticəsində İsrail daha da zəifləşəydi, mən bunu şəxsi uğursuzluq, prezidentliyimin fundamental uğursuzluğu kimi nəzərdən keçirərdim”, - o deyib.
 
ABŞ prezidenti ötən həftə Lozannada imzalanmış İran sövdələşməsinin ən qəti tənqidçisi olan İsrail baş naziri Benjamin Netanyahu-nun narahatlığını anladığını da bildirib. İsrail liderinin mövqeyinə ABŞ konqresində Respublikaçılar Partiyasını təmsil edən Obamanın bir çox opponentləri də şərikdirlər.
 
Barak Obamanın sözlərinə görə, israillilərin dəfələrlə İsraili məhv etməklə hədələyən, Holokostu inkar edən və açıq antisemit mövqedən çıxış edən İrana dair həyəcanlanmağa tam haqqı var.
 
Son günlər ərzində Barak Obama artıq ikinci dəfə Yaxın Şərqdə öz əsas tərəfdaşının narahatlığını yumşaltmağa cəhd edir.
 
“Çox pis saziş”

Bununla belə ABŞ prezidenti İranla çərçivə razılaşmanın Yaxın Şərqdə nüvə silahının yayılmasının qarşısını almaq üçün unikal imkan olduğunu israr edir. Razılaşma iyunun 30-na kimi imzalanacaq yekun sazişin əsası ola bilər.
 
Lozanna danışıqları əsnasında, o cümlədən, aşağıdakı məsələlər üzrə razılıq əldə edilib:
İran uranın zənginləşdirilməsi üçün istifadə olunan işçi sentrifuqaların üçdə ikisini ixtisar edəcək və aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını azaldacaq.
 
İstifadə edilməyən sentrifuqalar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti altında anbarda saxlanılacaq.
İranın bütün nüvə obyektlərində AEBA tərəfindən müntəzəm yoxlamalar keçirilməlidir.
 
İran Arakadakı ağır su ilə işləyən nüvə reaktorunu yenidən quraşdırmalıdır ki, silah plutoniumu istehsal edə bilməsin.
İranın nüvə proqramı ilə bağlı Aİ və ABŞ sanksiyaları tədricən aradan qaldırılacaq, lakin İran tərəfindən üzərinə götürdüyü öhdəliklərin pozulması təqdirdə yenidən bərpa edilə bilər.
 
İsraildə Obamanın bəyanatları soyuq qarşılanıb.
Bazar günü CNN televiziyasına müsahibədə Benjamin Netanyahu heç bir sentrifuqa ləğv edilmədiyini bildirib.
 
“Heç bir, o cümlədən qeyri-leqal tikilmiş yeraltı, nüvə obyekti bağlanmayıb. Minlərlə sentrifuqa uran zənginləşdirərək, işləməkdədir. Bu, çox pis sazişdir”, - Netanyahu deyib.
 
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/24594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR