Yəməndə qəbilələr üsyançılara qarşı birləşdi

Yəməndə qəbilələr üsyançılara qarşı birləşdi
23:46 7 Aprel 2015
192 Dünya
Ölkə mətbuatı
A- A+

Yəmənin Şabva vilayətində husi üsyançılarına qarşı mübarizə aparmaq məqsədilə yerli qəbilələr qrup halında birləşiblər.

ANS PRESS-in məlumatına görə, husilər Yəmənin əsas neft sənayesi mərkəzlərindən biri olan Şabva vilayətində yeni hücum əməliyyatları keçirməyə başlayıblar.

Vilayətin ucqar bölgələri artıq son bir aydır ki, husilərlə yerli qəbilələr arasında döyüş meydanına çevrilib.

Qəbilə qruplaşmaları mübarizəyə ağır hərbi texnika ilə davam etməyə başlayıblar. Bu məqsədlə təmas xəttinə tanklar cəlb olunub.

Bir müddət əvvəl paytaxt Sənanı ələ keçirən husilər prezident Əbd Rəbbo Mənsur Hadininin ölkəni tərk etməsinə səbəb olmuşdu.

Üsyançılara qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri yaradılıb. Koalisiya qırıcıları mart ayının 26-sından Yəməndə husilərin mövqelərini bombalamağa başlayıb.

İndiyə qədər keçirilən əməliyyatlarda 550-dən çox insan ölüb, 1700 nəfər yaralanıb. Ölənlər arasında 74 azyaşlı da var. Qırmızı Xaç Cəmiyyəti böhranla əlaqədar həyəcan siqnalı çalıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336498

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR