Azərbaycanlı professora həccə getmək olmaz?

Azərbaycanlı professora həccə getmək olmaz?
22:47 7 Aprel 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ali məktəb müəllimi Həcc ziyarətinə getmək istədiyinə görə rektor tərəfindən işdən çıxarılıb.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, bu haqda millət vəkili Fazil Mustafa bildirib. Deputat hadisənin ötən il baş verdiyini xatırladıb:
 
”Prezident İlham Əliyev və ailə üzvlərinin Məkkədə Ümrə ziyarıtini maraqla izlədim və bir ölkə başçısının inanc dəyərlərinə sayğılı yanaşmasından məmnun qaldım. Allah bütün dualarını qəbul etsin! Maraqlı bir məqam da budur ki, görəsən prezidentin bu davranışından sonra Azərbaycanda bir çox məmurun düşüncəsində, dünyagörüşündə inanclara sayğı ilə bağlı hansısa müsbət dəyişikliklər baş verəcəkmi? Kimsəyə sirr deyil ki, ölkədə dini radikalizmə qarşı mübarizə aparlılır və xaricdən idarə olunduğuna görə bir sıra təhlükəli dini qruplar zərərsizləşdirilir.

Bunu cəmiyyətin sağlam düşüncəli insanları normal qarşılayırlar. Ancaq bəzi hallarda mübarizə pərdəsi altında sadəcə öz ibadəti ilə məşğul olan, dövlətinə, Vətəninə bağlı inanclı insanların da təqib olunduğunu, işdən çıxarıldığını müşahidə edirik. Bu barədə şəxsən mənim ünvanıma yüzdən artıq şikayət ərizəsi daxil olub. Məsələn, ötən il ADNA-nın qocaman alimi Ramiz Qurbanov məhz Həcc ziyarətinə getmək istədiyinə görə rektor tərəfindən işdən çıxarılmışdı. Təəssüf ki, bir sıra məmurlar üçün narkotik istifadəçisi olmaq, içki düşkünü olmaq, namaz qılmaqdan daha müsbət əməl kimi qiymətləndirilir. Düşünürəm ki, Prezidentin bu ziyarətindən sonra bu kimi neqativ davranışların sayı azalacaq, inanclara görə insanların təqib olunması halları ortadan qaldırılacaq”.

Milli.Az
 
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/25173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR