Misirdə kütləvi qətli İŞİD-in törətdiyi - Təsdiqləndi

Misirdə məscidə hücum edərək kütləvi qırğın törədən terrorçuların əlində İŞİD-in bayraqları olub.

Metbuat.azxəbər verir ki, bu barədə Misirin rəsmi xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, terrorçular 30 nəfər olub və məscidə 5 avtomobildə gəliblər. Onlar məscidin qapısı və pəncərələri ilə üzbəüz mövqe tutaraq gəlib-gedənlərə atəş açmağa başlayıblar. Bəzi terrorçular maska taxıblar, bəziləri isə uzun saç və saqqalları ilə diqqət çəkib. Yaşları 25-30 olduğu güman edilən terrorçular kamuflyaj rəngində şalvar və qara mayka geyiblər.

Qeyd edək ki, terror nəticəsində ölənlərin sayı 305-ə çatıb. Yaralıların sayı 128 nəfərdir.

Azərbaycan daxil olmaqla 5 ölkə birlikdə nəqliyyat dəhlizi yaradacaq - Yeni layihə - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR