"Allah ağlımı aldı" deməyin...

"Allah ağlımı aldı" deməyin...
22:47 7 Aprel 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

“Allah ağlımı aldı” demək Allaha böhtan atmaqdır.
 
Allah sənə peyğəmbər göndərib, kitab endirib, doğru yolu göstərib, seçim edə biləcək qədər də ağıl, iradə verib. Demək, sən məsuliyyət daşıyırsan, mükəlləfsən, bu yükün altından qaça bilməzsən. Həqiqi insan hər zaman ağlı və iradəsi ilə doğru qərar qəbul edəndir. Allah-Təala buyurur ki, ağılla qərar qəbul etməyənin başına göydən bəlanı, müsibəti yağmur kimi yağdırar.

Onu da buyurur ki, başımıza gələn bütün xeyir işlər Allahdan, bəlaları özünüzdən bilin. Doğrudur, Allah-Təala bəzən sevdiyi qullarını da ən ağır bəla və müsibətlərlə sınağa çəkir. Amma bu, tamam başqa söhbətin mövzusudur. Bizim dediyimiz yanlış əməl işləyib, sonra da onun nəticəsinə qatlanmaqdır. Sən yanlış iş görürsən, nəticəsi ilə də üz-üzə qalanda Allaha üsyan edirsən. Günah özündədir, Allaha böhtan atma, həddini bil. Həddini bilmək insanın insan olmasında ən təməl prinsiplərdən biridir.
 
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/24162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR