Bloqçunu şallaqladılar

Bloqçunu şallaqladılar
18:42 9 Yanvar 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında bloqçuya verilən 10 il həbs və 1000 şallaq cəzasının icrasına başlanılıb.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata əsasən, cəza mərhələli olaraq, həftədə 50 şallaq vurulmaqla yerinə yetiriləcək.

Raif Bədəvi adlı bloqçuya cəza 2014-cü ilin mayında verilmişdi. O, hazırda bu ölkədə qadağan edilmiş "Liberal Səudiyyə şəbəkəsi" adlı saytın qurucusudur. ABŞ və bir sıra beynəlxalq hüquq təşkilatları bloqçuya verilən cəzanı pisləyiblər.
 
Bu azmış kimi, R.Bədəvi təqribən 266 min dollar cərimə də ödəməlidir. O, bloqunda dini məsələləri müzakirə etmiş və ölkənin ali dini rəhbərlərini tənqid etmiş, həmçinin siyasi fəalların azadlığa buraxılmasını da tələb etmişdi.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR