Məşhur aparıcı dünyasını dəyişdi

Məşhur aparıcı dünyasını dəyişdi
00:16 8 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

“Top Gear“ məşhur avtomobil super şousunun təsisçisi və müəllifi olan Derek Smith Britaniyada vəfat edib.

ANS PRESS-in məlumatına görə, 87 yaşlı şoumenin ölümü haqda oğlu Qrem xəbər yayıb.

Smith bir neçə verilişin müəllifi olsa da ona dünyada populyarlıq “Top Gear” qazandırıb.

Smith 1977-ci ildə "Top Gear" şousuna başlayıb və 2002-ci ilə qədər bu verilişin jurnal versiyası mövcud olub.

Şounun adının banisi də məhz Smith sayılır. 2002-ci ildən sonra müasir “Top Gear” yaranıb.

Son həftələrdə veriliş aparıcı Ceremi Klarksonun işdən çıxarılması ilə gündəmə gəlmişdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR