ABŞ-da "Qara cümə" günü onlayn alış-veriş üzrə rekord

Amerikalılar Milad endirim və güzəştləri mövsümünün əvvəlində, yəni 23-24 noyabr tarixlərində internet vasitəsi ilə alış-verişə rekord məbləğdə pul xərcləyiblər ki, bu da 2016-cı ilin analoji dövründə edilən xərcləri 17,9% üstləyib.

Metbuat.az xəbər verir ki, bu barədə "Reuters"ə istinadən RBK məlumat yayıb.

"Adobe Digital Insights" şirkətinin araşdırmalarına əsasən, Şükran günü və "Qara cümə"də onlayn alıcılar ümumilikdə 7,9 milyard dollar məbləğində mal alıblar.

"Criteo" marketinq şirkətinin məlumatına görə, "Qara cümə" günü alış-verişin 40%-i mobil telefonlar vasitəsi ilə edilib. Bu göstərici ötən ilin analoji dövründə 29% təşkil edib.

"Reuters"in məlumatına görə, bu il "alış-veriş çılğınlığı" ilə bağlı kifayət qədər az fakt qeydə alınıb.

94 yaşlı qadının üzərindən çıxanlar polisi şoka saldı - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR