Dünyanın ən yaşlı insanı öldü

Dünyanın ən yaşlı insanı öldü
00:46 8 Aprel 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kocaəli vilayətində dünyanın ən yaşlı insanı Döndü Uzar adlı qadın 121 yaşında dünyasının dəyişib. Həkimlərin sözlərinə görə, qadının ölümünə səbəb ürək ritmlərinin pozulması olub.

ANS PRESS-in məlumatına görə, yaşlı qadını keçən həftə yaxınları tərəfindən Fərabi Dövlət Xəstəxanasında tərk edilmiş, xəstəxana rəsmiləri ona sahib çıxmışdılar.

Mərhum 1894-cü ildə Trabzon vilayətində dünyaya gəlib. Uzar ölümünə qədər heç vaxt xəstəlikdən şikayət etməyib və həmişə səhhətinə diqqət edib.

Uzarın 4 övladı, 90 nəvə-nəticəsi var.

İndiyə qədər ömür müddəti ilə Ginnesin Dünya Rekordları kitabına düşən insan isə, fransalı qadın Jan Luiz Kalmandər. O, 1997-ci ildə dünyasını dəyişəndə 122 yaşında idi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=336501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR